|
||
|
Londonun məşhur «Biçiz Brü» studiyası 3 iyul 2004-cü ildə Zaqulba Disko klubunda canlı və həyacanlandırıcı bir klub gecəsi ilə Bakıya gəlmişdi! Bakı klub musiqisi həvəskarları üçün böyük bir sürpriz o idi ki, studiya ancaq qadınlardan ibarətdir! İki DiCey, Nikki Lukas və Kosmo, iki ViCey, iki müğənni və zərbçi - qızlar axşam saat 10-dan səhərə kimi vizual effektlər və işıq metamorfozalarıyla dolu qaynar və hərəkətli rəqs gecəsi bəxş etdilər! «Broken Bit»dən tutmuş «haus»a, «texno»dan «elektro»ya və «Afro»dan «dab»a kimi «Biçiz Brü» günümüzün rəqs musiqisində ən həyacanlandırıcı ifa tərzlərindən bir çoxunu təmsil edir. «BİÇİZ BRÜ» STUDİYASI geniş şöhrət qazanmış iki DiCeyin – Kosmo və Nikki Lukasın başçılığı ilə fəaliyyət göstərir. Bir çox müasirlərindən fərqli olaraq Kosmo və Nikki musiqi sahəsində geniş biliklərinə və keyfiyyətli musiqiyə dönmədən sadiq qaldıqlarına görə yüksək qiymətləndirilirlər. «DiCeylərin əksəriyyəti dəbə uyğunlaşdığı bir vaxtda, yaddaşlarda qalanlar elə ancaq rəqs meydançalarını titrədən DiCeylər deyil, miksləri ilə klub məkanının xaricində də məşhur olanlardır. Kosmo belə DiCeylərdən biridir.» «Uzun müddət «andəqraund»un bir hissəsi olan Nikki bütün dinləyiciləri öz sənətinə cəlb edir. O, həyatını musiqiyə həsr etmiş və başqa heç bir şey etmək istəməyən insanlardandır.» «Biçiz Brü Super Saund» günümüzün rəqs səhnəsində ən həyəcanlandırıcı və hərəkətli qruplardan biridir. Yamayka səs sistemlərindən ilham almış «Biçiz Brü Super Saund» öz canlı ifası ilə bir addım da irəli getmişdir. BEYNƏLXALQ QASTROLLAR |
|||||||||||||||||||||||||||||||||||||||||||
| The United Kingdom’s international organisation for cultural relations and educational opportunities. A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland) Our privacy and copyright statements. Our commitment to freedom of information. Double-click for pop-up dictionary. |
![]() |