|
||
|
Yanvarın 3-dən 11-nə qədər Britaniyanın böyük rəğbət qazanmış "Random Dance" (Rəndom Dans) Şirkətinin üzvləri Bakıya ikinci dəfə səfər etdi. Bakıda bir il əvvəlki populyar proqramın ardınca şirkətin iki təlimçisi -Odet Hyuz və Cəsmin Fitə Bakı Xoreoqrafiya Məktəbinin tələbələri və digər müstəqil rəqs qruplarına müasir rəqsdən məşğədə keçdilər. Səkkiz günlük master-klasın yekunu kimi 11 yanvar, Xəzər Universitetinin Dünya zalında tələbələrin məşğələlər zamanı öyrəndikləri qısa, xüsusi xoreoqrafiyaya malik rəqsləri nümayiş etdirdikləri gurultulu tamaşa keçirildi. Rəqqaslar iki qrupa ayrılmışdılar və bunların hər biri ayrıca çıxış edirdi. Tamaşadan sonra rəqqaslara master-klasda iştiraklarını təsdiq edən sertifikatlar verildi. |
|||||||||||||||||||||||||||||||||||||||||||
| The United Kingdom’s international organisation for cultural relations and educational opportunities. A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland) Our privacy and copyright statements. Our commitment to freedom of information. Double-click for pop-up dictionary. |
![]() |