Bizim Dram və Rəqs Şöbəsi Britaniyanı öz enerjisi və müxtəlifliyi ilə təmsil etmək üçün ən yaxşı teatr və rəqs nümunələrinin xaricə qastrollarına kömək edir.
Birləşmiş Krallıqda drama və rəqs şirkətləri haqqında müfəssəl verilənlər bazamızda axtarış aparın. Şirkətlərin tarixçəsi, tamaşa icmalları, incəsənət festivalları, təhsil barədə məlumat və veb-bağlantılar.
Böyük Britaniyada teatr tədbirlərinin siyahısı - tamaşa, müzikl, opera, rəqs, balet, konsertlər, şoular və daha nələr. Biletləri on-layn alın və ya Britaniyada aktyorluq sənəti barəsində müzakirələrdə iştirak edin.
Londonda Kral Dramaturgiya Akademiyası (The Royal Academy of Dramatic Art - RADA) Britaniyanın Con Qilqud, Culiet Stivenson, Kenet Brana və Əntoni Hopkins kimi tələbələri olmuş ən mötəbər teatr məktəbidir.
Britaniya İncəsənət Festivalları Assosiasiyası BAFA-nın veb-saytı bütün Birləşmiş Krallıqda 100-dən çox festivalı təqdim edir. Ətraflı məlumatlara festival xəritəsi, təqvimlər, veb-bağlantılar və daha nələr daxildir.