PROQRAMA MARAQ GÖSTƏRDİYİNİZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK. NƏZƏRİNİZƏ ÇATDIRIRIQ Kİ, YARADICILIĞIN İDARƏ EDİLMƏSİ ÜZRƏ SEMİNAR ÜÇÜN ƏRİZƏLƏRİN QƏBULU ARTIQ DAYANDIRILIB.
British Council məmnuniyyətlə Yaradıcılığın İdarə edilməsi üzrə Seminar üçün ərizələrin qəbulunu elan edir.
Son illər ərzində məlum olmuşdur ki, bir çox inkişaf etməkdə olan mədəniyyət rəhbərləri, liderlik bacarıqlarından başqa, idarə etmə üzrə praktik mədəni bacarıqlarını da inkişaf etdirməlidirlər. Bu təklif, Azərbaycanda mədəniyyət sektorlarına imkan yaradaraq, onların ümumi bacarıqlarını inkişaf etdirmək, inkişaf və liderlik üçün dəstək və qabiliyyətlərini artırmaq məqsədilə mədəniyyət sektorlarında çalışan yerli auditoriya üçün münasibdir.
Bu təklif Azərbaycanda mədəniyyət sektorlarında çalışan yerli auditoriyaların ümumi bacarıqlarını inkişaf etdirmək və onların liderlik qabiliyyətlərini dəstəkləmək və artırmaq imkanının yaradılması üçün əlverişlidir.
•Yaradıcılığın İdarə edilməsi üzrə Seminar (YİS) auditoriyanın inkişafı, marketinq və vəsait toplama üsullarına xüsusi diqqət yetirməklə, incəsənət və mədəniyyət sahəsində çalışan şəxslərə idarəetmə bacarıqları üzrə təlim keçmə məqsədi daşıyır. Seminarları BK-nın təcrübəli təlimçisi Sarah Thelwall aparacaq.
•Yaradıcılığın İdarə edilməsi üzrə Seminarın (YİS) nəticəsi olaraq, onun iştirakçıları yaradıcı iqtisadiyyat anlayışını və onun Azərbaycanda potensialını daha yaxşı dərk edəcəklər.
•Azərbaycanın incəsənət və mədəniyyət sahələri sektorunun mədəniyyətin idarə edilməsi sahəsində beynəlxalq standartlara və yerli olaraq yenilənən uğurlu modellərə uyğunlaşması
•Daha təcrübəli mədəniyyət sektorunun inkişafı: daha bacarıqlı, daha çox əks olunan, xarici əlaqələrin inkişafına meylli, gələcək inkişafa və daha geniş ictimai məşğuliyyətə inamlı və həssas.
•Sektorda çalışan digər həmkarlarla əlaqə yaratma imkanlarının mümkünlüyü: tərəfdaşlığın və əməkdaşlığın inkişafı
•Bacarıqların inkişafı barədə daha geniş məlumata malik olma
Azərbaycanda yaşayan, incəsənət və yaradıcılıq sahəsində çalışan, sektorda ən azı 2 illik təcrübəyə malik yeni mədəniyyət sahəsində olan təcrübəçilər, rəhbərlər və sahibkarlar
İştirakçıların sayı: 25-ə qədər
Tarix: 23 və 24 fevral, 2012-ci il
YİS-də işçi dil Azərbaycan dilinə tərcümə olunan ingilis dili olacaq.
Ərizənin son tarixi: 17 fevral, 2012-ci il, Cümə günü saat 17:00
Qeyd: İştirakçıların say məhdudiyyəti 25 olduğu üçün 21 fevral, 2012-ci il tarixində yalnız seçilmiş ərizəçilərlə əlaqə saxlanılacaq.
Ərizə forması British Council-a, Proqram Rəhbəri Dilarə İbrahimovaya göndərilməlidir.
Hər hansı sualınız olarsa, 497 15 93, 497 20 13 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
|