Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
English language teachers - Humay and Aytekin Talibova, image © Brian Maguire/British Council (Azerbaijan)
Öyrənmək heç
zaman gec deyil
BARƏMİZDƏ NƏ DEYİRLƏR
HUMAY TALIBOVA
İngilis dili müəllimi
INSETT - MÜƏLLİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ LAYİHƏSİ

Son illər beynəlxalq təhsil standartlarına uyğun olmaq üçün bir çox təhsil layihələri həyata keçirilmişdir. Bu layihələr ingilis dilinin tədrisi də daxil olmaqla təhsilin bütün sahələrində müasir təlim metodlarından istifadə etməyə həvəsi artırır. İngilis dilinin tədrisinin yaxşılaşması ölkəmizin şəffaf və demokratik cəmiyyətə keçidinin bir hissəsidir. Həmçinin vacib ünsiyyət vasitəsi olduğu üçün ingilis dilinin tədrisi mühüm bir işdir.

British Council tərəfindən keçirilən INSETT (Müəllimlərin ixtisasartırma təlimi) seminarlarında iştirakım mənə ən yeni təlim metodlarını öyrənməkdə çox kömək etmişdir. İsmayıllı, Əli Bayramlı, Ucar və Bakıdan olan müəllimlər seminarlarda çox böyük həvəslə iştirak edirlər. Seminarlarda iştirak edən müəllimlərin yaşı 21-dən 72-yədəkdir

Bu seminarlar çox səmərəli və məhsuldar olmuşdur. Dərslər səhər saat 9-dan 6-dək keçirilsə də burda elə mehriban və səmimi atmosfer hökm sürür ki, heç kəs yorğunluq hiss etmir. Bilgəhdəki seminarların iştirakçıları deyir ki, bu seminar onların həyatlarını zənginləşdirmişdir. Mən və İsmayıllıdan olan daha beş müəllim dərsliklərimizə uyğun olaraq yeni təlim metodlarından istifadə edirik.

Yeni təlim metodları çoxlu bilik və əmək tələb edir. Buna baxmayaraq yeni dərsliklər bu innovativ metodları tətbiq etmək üçün yararlıdır. Onlar müxtəlif siniflər, səviyyələr üçün geniş miqyaslı tədris materialları təklif edir ki, bunlar da keçilən dərsləri daha maraqlı və effektiv edir. Şagirdlər daha çox məşğul olur və müstəqil öyrənməyə həvəslənirlər. Bu, şagirdlərin cütlərdə və qruplarda işləməsi və sinif diskussiyalarında fikirlərini ifadə etməklə əldə edilir. Həmçinin, onların bilikləri artır və möhkəmlənir.

Mən bu gözəl tədbiri təşkil etdiyinə görə  British Council və Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

 Positive About Disabled People