Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
Chevening scholar - Nigar Baimova, image © Nigar Baimova
Çivninq təqaüdü
həyatımı necə dəyişdi
BARƏMİZDƏ NƏ DEYİRLƏR

NİGAR BAİMOVA
Təhsil Proqramı üzrə Menecer

ÇİVNİNQ TƏQAÜDÇÜSÜ

İndi keçmişi xatırlayarkən mənə elə gəlir ki, Böyük Britaniyadan qayıtdığım vaxtdan bəri yüz il keçib, halbuki bu yalnız beş il bundan qabaq olub. Çivninq təqaüdçüsü kimi mənim əldə etdiyim təcrübə hədsiz dərəcədə dəyərli idi. Bu təcrübə mənə həyatda yeni istiqamət tapmaqda və başqa bir şəxsiyyət kimi formalaşmaqda yardımçı oldu.

Əgər həyatımı iki mərhələyə ayırmalı olsam, yəqin ki, Çivninqə qədərki və Çivninqdən sonrakı vaxtlar həyatımda seçiləcək. Çünki Çivninq təqaüdünün qalibi olandan sonra həyatım çox dəyişdi. Buna nail olmaq mənim yaşadığım ölkədə heç də hamıya nəsib olmur, ancaq bu hisslər adamı çox həvəsləndirir və sübut edir ki, əgər doğrudan da həyatda nəyə nail olmaq istədiyinə əminsənsə və azla qane olmursansa, istədiyinə çata bilərsən.

Ridinq (Reading) Universitetində təhsil alıb eyni zamanda tələbə yataqxanasında yaşamaq mənə dünyanın müxtəlif ölkələrindən olan insanlarla ünsiyyətdə olmağa şərait yaratdı və bununla dünyanın müxtəlifliklərindən agah olmuş oldum.

Ümumiyyətlə, Britaniyada təhsil almaq mənim üçün çoxlu imkanlar yaratdı. Mən British Council-a və Britaniyanın Xarici İşlər Nazirliyinə mənə təkcə Britaniyada təhsil almaq və Britaniya vasitəsilə dünyanı kəşf etməyə imkan yaratdığına görə deyil, həm də həyatımı dəyişərək öz məqsədlərimə nail olmağa kömək etdiyi üçün minnətdaram.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud