Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Chevening scholar - Narmina Guliyeva, image © Araz Mamedli
'Qırmızı şəhər'də
keçən bir il
BARƏMİZDƏ NƏ DEYİRLƏR
NƏRMİNƏ QULİYEVA
Kadrlar üzrə məsləhətçi
Online application form

"Mən artıq ‘qırmızı’ şəhərdəyəm” - Mançester şəhərinə gələrkən ilk təəssüratım belə oldu. Bu təəssüratı bütün şəhər boyunca qırmızı kərpicdən tikilmiş evlər yaradırdı. Hətta dünyanın ən yaxşı futbol komandalarından biri olan “Mançester Yunayted” (Manchester United) komandasının da rəngi qırmızı sayılır. Amma universitetin əsas binası qırmızı deyildi.

Universitetin binası başlıca küçələrdən biri sayılan Oxford Road-da yerləşir. Küçənin hər iki tərəfində məktəblər, institutlar, kitabxanalar və kompyüter laborotoriyaları yerləşir.

Doğrusu, əvvəlcə müəllimlər məni təəccübləndirirdilər. Müəllimlər bizə deyirdilər ki, yaşlarına və elmi dərəcələrinə baxmayaraq onlara yalnız adları ilə müraciət edək. Biz istədiyimiz vaxt müəllimlərlə danışa, problemlərimizlə bölüşə və onlardan məsləhət ala bilərdik.  

Etiraf etməliyəm ki, əvvəldə mənə çox uzun və hədsiz çətin görünən təhsil ili əslində çox tez sona çatdı.

Dissertasiya yazdığım üç ay isə daha tez keçdi. İşin çoxluğu məni əvvəlcə çox qorxudurdu və elə bilirdim ki, bu işi heç vaxt sona çatdıra bilmərəm. Lakin bunu da başa vurdum. Mançester aeroportunda uçuşumu gözləyərkən fikirləşirdim: "Görəsən, bu bir xəyal idi, ya doğrudan da baş verdi?" Hətta Mançesterdə tanış olduğum dostlarım, birlikdə çəkdirdiyimiz şəkillər və ayrılmazdan qabaq bir-birimizə bağışladığımız kiçik suvenirlər belə mənə yuxu kimi görünürdü.

İndi mənim üçün bütün bunlar sona çatıb, amma yenicə bu səfərə başlayan çoxlu tələbələr var. Yəqin onlar da mənim bir il qabaq keçirdiyim hissləri keçirirlər və qorxurlar. Amma mən əminəm ki, bir ildən sonra onlar da Böyük Britaniyadakı universitetlərində keçirəcəkləri o möhtəşəm ili xatırlayacaqlar. Mən onlara uğurlar arzu edirəm!

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

 Positive About Disabled People