Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Teachers at INSETT seminar, image © Gulshan Huseynova/British Council (Azerbaijan)
MÜKƏMMƏL TƏDRİSƏ DOĞRU ADDIM
BARƏMİZDƏ NƏ DEYİRLƏR
ƏDALƏT ƏSKƏROVA
İngilis dili müəllimi
Səbail rayonu 134 saylı məktəb
MÜKƏMMƏL TƏDRİSƏ DOĞRU ADDIM

Mən British Council-ın 2003-cü ilin noyabrından 2005-ci ilin yanvar ayına qədər davam edən müəllimləri təkmilləşdirmə seminarlarının 1-ci mərhələsinin iştirakçısı olana qədər artıq 8 il idi ki, ingilis dilini tədris edirdim. Bu dövr ərzində mən ingilis dilinin tədrisində ən mühüm modullar olan oxu, yazı, dinləmə, danışıq, sinfin idarə olunması və layihə işini əhatə edən beş seminarın dinləyicisi olmuşam. Əldə etdiyim digər bir uğur komandada işləmək bacarığıdır. Üç müəllimlə birlikdə biz ingilis dilinin tədrisində autentik materialların işlədilməsinə dair layihə işləyib hazırlamışıq. “ Autentik Materiallar” layihəsi şagirdlərin kütləvi mətbuat dilini anlamasını yaxşılaşdırmaq və onların lüğət ehtiyatını genişləndirmək üçün nəzərdə tutulmuş qəzet məqalələrindən və müxtəlif tapşırıqlardan ibarətdir. Biz buraya həmçinin müəllimlər üçün məsləhətlər də əlavə etmişik, belə ki qəzet materialları tez-tez həm şagirdlər, həm də müəllimlər üçün çətinlik törədir. Layihə Bakının bir neçə məktəbində müvəffəqiyyətlə sınaqdan keçirilmişdir.

Qeyd etməliyəm ki, bu seminarlar bir ingilis dili müəllimi kimi mənim üçün çox faydalı olmuşdur,belə ki mən peşəkarlıq baxımından inkişaf etmiş və müasir metodlardan istifadə etməklə ingilis dilinin tədrisi üsullarına yiyələnmişəm. Seminarlar mənə bir müəllim kimi daha inamlı olmağa və bacarıqlarımı həyata keçirməyə kömək etmişdir. Bundan başqa mən daha az təcrübəsi olan müəllim yoldaşlarıma məsləhət verə bilir və yiyələndiyim bilik və bacarıqları onlara öyrədirəm.

2005-ci ilin yanvarında kursu bitirdikdən sonra bizim iki Şəbəkə Görüş tədbirimiz olmuşdur: birincisi 2005-ci ilin iyununda və ikincisi 2006-cı ilin iyununda. Bu görüşlərimizdə biz bir neçə maraqlı sessiyalar dinləmiş və kassetlər, kitabçalar , məsləhətlər daxil olmaqla ən müasir materiallar əldə etmişik. Mənə elə gəlir ki, bü cür tədbirlərin keçirilməsi çox vacibdir, cünki  onlar yeni ideyalar mübadiləsi etmək və son təcrübəmiz barədə fikirlərimizi bölüşdürməyə imkan verir. Qeyd etməliyəm ki, bütün bunlar məndə British Council-ın fəaliyyətində iştirak etmək kimi hisslər doğurur ki, bu da məni öz peşəkarlığımı daha da inkişaf etdirməyə ruhlandırır.

Bütün bunlara görə mən British Council-ın idarə heyətinə və öz işində çox peşəkar və əsl müəllim hesab etdiyimiz trenerlərimizə çox minnətdaram.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

 Positive About Disabled People