Məqsəd
British Council dünyanın 109 ölkəsində fəaliyyət göstərərək mədəniyyət və təhsil əməkdaşlığını dəstəkləyir. Biz insanlar arasında bilik və yaradıcı ideyaların mübadiləsi yolu ilə Böyük Britaniyaya inam yaratmaq istəyirik. British Council dünyanın müxtəlif yerlərindən olan insanları Böyük Britaniyanın təhsil imkanları və yaradıcı ideyaları vasitəsi ilə bir araya gətirir və Birləşmiş Krallıq ilə digər ölkələr arasında davamlı əlaqələr qurur.
British Council qeyri-mənfəət təşkilatıdır və İngiltərədə xeyriyyə təşkilatı kimi qeydiyyatdan keçmişdir. British Council-ın baş himayədarı Ülyahəzrət Kraliça və himayədarı Əlahəzrət Uels şahzadəsidir.
British Council Azərbaycanda
British Council Birləşmiş Krallığın Azərbaycanla ikitərəfli əlaqələrinin ayrılmaz və vacib bir hissəsini təşkil edir. British Council Azərbaycanda 1993-cü ildə Azərbaycan ictimaiyyəti üçün ingilis dili, biznes administrasiyası və idarəetmə sahələrində təlimlər keçməklə fəaliyyətə başlamışdır.
Hal-hazırda Bakıda, British Council Azərbaycan xalqına təhsil, ingilis dili, sosial inkişaf, incəsənət və elm sahələrinin inkişafına yardım etmək üçün müxtəlif xidmətlər təklif edir.
Biz Azərbaycanda hökumət, elmi və qeyri-hökumət təşkilatları ilə, həmçinin Böyük Britaniya və Avropa ölkələrindəki tərəfdaşlarımızla əməkdaşlıq edərək Azərbaycanda fərdi şəxslər üçün müxtəlif imkanlar yaradırıq. Bizim əsas diqqətimiz inkişaf və maariflənmiş gənclərin davamçılarının dəstəklənməsinə yönəlmişdir.
British Council bundan sonra da Azərbaycanda yerli və beynəlxalq biznes qurumları ilə tərəfdaşlıq edərək öz fəaliyyətini genişləndirməyə qabildir.
British Council-ın Azərbaycanda son fəaliyyətlərindən nümunələr
•Dövlət və məktəblərlə birgə həyata keçirilən müəllimlərin təlimi layihəsi vasitəsi ilə Bakı, eləcə də rayon məktəb və universitetlərində ingilis dilinin tədrisinin inkişafına köməklik göstərmək
•Gənclər və İdman Nazirliyi, eləcə də gənclərlə işləyən QHT-larla tərəfdaşlıq edərək 20 gənc liderlərə öz icmalarının inkişafında aktiv rol oynamaları üçün təlimlərin keçirilməsi
•Azərbaycan universitetlərinin 1ci və 2ci kurs tələbələri üçün nəzərdə tutulmuş Birləşmiş Krallıqda təhsil və mədəniyyət, eləcə də tərcümə bacarıqlarına dair intensiv proqram
•Rəssamlıq Akademiyasında Britaniyanın müasir üslubda olan incəsənət işlərinin sərgisi: rəsm, heykəltəraşlıq və qrafika əsərləri.
•Böyük Britaniya və Azərbaycanın incəsənət xadimlərinin birgə əməkdaşlığı ilə İnteraktiv Forum Teatrı və LOTOS – Əlilliyin Dərki və Tədrisi Mərkəzi ilə birgə tamaşanın səhnələşdirilməsi
•Ictimai TV-də ingilis dili programı və müəllimlər üçün onlayn kurslar
•Elm və texnologiyaya böyük marağı olan gənclər üçün elmi sinif çərçivəsindən çıxararaq öz təşəbbüsünü daha geniş insan kütləsi ilə bölüşmək imkanı yaradan müsabiqə
•Yerli məktəb və təşkilatlar ilə əməkdaşlıq edərək idmanı (Londonun olimpiya oyunlarını qazanması ilə əlaqələndirilən“) Beynəlxalq İdman Həyəcanı proqramı çərçivəsində təbliğ etmək, yerli fiziki tərbiyə müəllimlərinin, məşqçilərin və bu sahədə olan gənc liderlərin inkişafına öz töhfəsini vermək
•Müasir tamaşa, filmin nümayişi və beynəlxalq festivalı çərçivəsində keçirilən musiqi layihəsi
•Təhsil Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirdiyimiz Ali Təhsilin Beynəlmiləşdirilməsi proqramı çərçivəsində birgə layihələr üçün imkanlar yaradaraq Azərbaycan və Birləşmiş Krallığın yüksək təhsil müəssisələri arasında əməkdaşlığı dəstəkləmək
•Gəncləri bilik və bacarıqlarından innovativ və təşəbbüskar şəkildə istifadə etməyə həvəsləndirən və nəticə etibarilə onların işədüzəlmə imkanlarını və sahibkarlıq istedadını artırmaq məqsədi daşıyan Skills@work yarışı
•Üç mindən artıq tələbə hər il Azərbaycanda müvəffəqiyyətlə Britaniya imtahanlarından keçir
|